Azerifootball.com doğma dildə də xəbərlər yaymağa başladı
Azerifootball.com saytının Azərbaycan versiyası fəaliyyətə başlayıb. İdman.com.az xəbər verir ki, ilk idman portalı olan “Azerifootball” indiyə kimi yalnız rus dilində işləyib. Ölkədə idmana olan marağı nəzərə alan rəhbərlik oxuculara xəbərləri ana dilimizdə də çatdırmatı məqsədəuyğun sayıb.
Qeyd edək ki, adı çəkilən portal 2000-ci ildə yaradılıb. Saytın baş redaktoru Erkin İbrahimovdur.

Xəbər 1376 dəfə oxundu.