Şahmatçılarımız "Batumi Kuboku 2015"-də uğurla çıxış edirlər
Gürcüstanın Batumi şəhırində keçirilən “Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalında 7- ci turun oyunları başa çatıb. Yarış A, B və 8-10-12 yaşadək uşaqlar arasında keçirilir .Ölkəmzi bu yarışda 60 şahmatçı təmsil edir.

A qrupunda iştirak edən təmsilçilərimizdən Vüqar Rəsulov 7-ci turda İran şahmatçısı Şahin Lorparizangenehlə sülh bağlayaraq , 4.5 xalla liderlərdən yarım xal geri qalır.

B qrupunda mübarizə aparan təmsilçilərimizdən Zaur Bayramov 7 oyundan 6 xal toplayaraq liderlər qrupundadır. Tofiq Feyzullayev liderlərdən yarım xal az toplayaraq 5.5 xalla 6-ci pillədədir. Andrey Mustafin Isə aktivinə 5 xal yazaraq 7-15-ci yerləri bölüşdürürərək,əlavə göstəricilərə görə 12-ci yerdədir.Toğrul Həsənzadə,Fərid Aslanov və Oğuz Abışlı isə 4.5 xal toplayaraq 17-19-23-cü pillədə qərarlaşıblar.

12 yaşadək oğlanlar arasında Elşad Quluzadə,Şahin Hacıyev və Nihat Əsgərov hərəyə 4 xal toplayaraq 9-13-cü yerləri bölüşdürürlər.

Eyni yaşadək qızların yarışında İsmayıl Mələk 7 oyundan aktivinə 5 xal yazaraq 3- cü yerin sahibidir.

10 yaşadək oğlanlar arasında həmyerlilərimizdən Murad Musayev 5 xal toplayaraq 5-ci yerdədir. Emil Qocayev və Mirzəağa Məmmədzadə hərəyə 4.5 xal toplayaraq 9-11-ci yerləri bölüşdürürlər.

Raul Muxtarov 8 yaşadək oğlanların yarışında 7 oyundan 6 xal toplayaraq 1-2-ci yerləri bölüşdürür.8 yaşadək qızların mübarizəsində təmsilçilərimizdən Xumar Məhərrəmova və Suada Abaszadə 4 xal toplayaraq 5-ci və 6-cı pillədə qərarlaşıblar.

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir və iyulun 10-da başa çatacaq.


Xəbər 728 dəfə oxundu.