Bu gün Bakının “İnter” klubu Albaniyanın “Laçi” komandasını qəbul edəcək
Bu gün Bakının “İnter” futbol komandası Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Albaniyanın “Laçi” komandasını qəbul edəcək.

“İnter Arena” stadionunda keçiriləcək oyunu qazaxıstanlı baş hakim Aleksandr Aliyev idarə edəcək. Köməkçi hakim vəzifəsini həmyerliləri Sergey Vassyutin, Samat Tergeussizov və Denis İzmailov yerinə yetirəcəklər.

Oyunun UEFA nümayəndəsi ukraynalı Petro İvanov, hakim-inspektoru isə irlandiyalı Edvard Foley olacaq.

Qeyd edək ki, komandalar arasında Albaniyada keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Xəbər 799 dəfə oxundu.