Tahir Süleymanov: Emil Mpenza ilə 2 komanda maraqlanır
"Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza komandanın düşərgəsini tərk edib. İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu onunla maraqlanan klubların nümayəndələri ilə danışıqlar aparır.
"Ağ-qaralar"ın vitse-prezidenti Tahir Süleymanov bununla bağlı fikirlərini bölüşüb:

"Almaniyanın "Dinamo" (Drezden) klubu ilə görüşdən sonra Emil Mpenza yanvarın 18-də komandanın məskunlaşdığı oteli tərk edib. Hazırda futbolçu, onu heyətinə qatmaq istəyən 2 klubla danışıqlar aparır. Danışıqlar davam etdiyindən, klubların adlarının açıqlanması düzgün olmaz.

Təbii ki, futbolçunun digər kluba keçidində "Neftçi"nin də öz mövqeyi və maraqları var. Bütün danışıqlar prosesi birbaşa klub prezidentinin nəzarətindədir. Mpenzanın hər hansı bir kluba keçidinin həll olunmasında son qərarı "Neftçi"nin prezidenti Sadıq Sadıqov verəcək".

Xəbər 1051 dəfə oxundu.