Messinin babası:"Martino millidə düzgün heyət qura bilmir"
Argentina yığmasının forvardı Lionel Messinin babası Antonio Kuççitini nəvəsinin yığmada oyunu haqda danışıb.

«Milli komandada Lionelin vəziyyəti yaxşı deyil. Barselonada hər şey qaydasındadır və o, komandanın ən yaxşısıdır.

Argentina yığmasında Messinin son 3 oyunu pis alınıb.

Martino meydana düzgün futbolçular buraxmır , Leonun yaxşı anlaşa bildiyi oyunçular ehtiyatda qalır», – deyə baba bildirib.

Xəbər 883 dəfə oxundu.