"Simurq"un qapıçısı AZAL-da
"Simurq"un sabiq qapıçısı Amil Ağacanov özünə yeni klub tapıb. O, hazırda AZAL-ın düşərgəsində məşq edir. Böyük ehtimalla sözügedən qapıçı yeni mövsümdə məhz paytaxt klubunda çıxış edəcək. Lakin onun hesabında 9 oyunluq diskvalifikasiya olduğundan, mövsümün əvvəlini buraxmalı olacaq.

Xəbər 747 dəfə oxundu.