“Bakı” 2-ci sınaq oyununda da uduzdu
Türkiyədə ilk təlim-məşq toplantısını yekunlaşdırmaqda olan “Bakı” klubu bu gün növbəti yoxlama matçına çıxıb. İdman.com.az saytının xəbərinə görə, birinci sınaq oyununda Niderland təmsilçisi “AZ Alkmaar”a böyük hesabla uduzan (1:5) “ağ-göylər”, eyni aqibətlə Almaniyanın “İnqolştadt 04” komandası ilə qarşılaşmada üzləşiblər. Belə ki, I Bundesliqa təmsilçisi bakılıların qapısından 4 cavabsız top keçirib.

Xəbər 945 dəfə oxundu.