“Hazırlığımız yüksək səviyyədə keçir”
“Hazırlığımız yüksək səviyyədə keçir. Şükürlər olsun ki, tam heyətlə hazırlaşa bilirik, zədəli futbolçumuz yoxdur”. İdman.com.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu Samir Abasov deyib.

Unibank Premyer Liqasının debütantı Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandanın kapitanı Abasov hazırlıq prosesi ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib: “Bu gündən etibarən isə yoxlama oyunlarına başlayırıq. Düzdür, belə qarşılaşmalarda önəmli olan nəticə deyil.

Əsas odur ki, heyətə cəlb olunan yeni futbolçular kollektivə uyğunlaşa bilsin və komandanın oyununda artım olsun. Düşünürəm ki, bu toplanış komandaya yaxşı təsir edəcək və Premyer Liqanın ikinci dövrəsinə qədər tam hazır olacağıq”.

Qeyd edək ki, “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq. Rəqib Qazaxıstan Premyer Liqasının 2-ci pilləsində qərarlaşan “Jetusi” klubu olacaq.

Xəbər 899 dəfə oxundu.