“Barselona” Arda Turanı transfer etdiyini rəsmən aşıqlayıb
Türkiyə futbol yığmasının yarımmüdafiəçisi Arda Turan "Barselonaya" keçib. İspaniyanın “Barselona” klubu türkiyəli futbol ulduzunu transfer etdiyini rəsmən açıqlayıb. Bu barədə Kataloniya klubunun mətbuat xidməti xəbər yayıb.

“Barselona” bu transfer üçün “Atletiko”ya 34 milyon avro ödəyəcək. Saziş 28 yaşlı futbolçu ilə 5 il üçün nəzərdə tutulub.

Arda Turan "Atletiko"da 2011-cü ildən çıxış edirdi. Türkiyəli futbolçu ötən mövsümdə "Atletiko" da 46 oyun keçirib və öz hesabına 3 qol və 6 məhsuldar ötürmə yazıb.

Xəbər 712 dəfə oxundu.