16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası start götürür
Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri illik əsasnaməyə uyğun olaraq bu gün Zaqatala şəhər Olimpiya - Idman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası start götürür.

“A” və “B” qrupları üzrə keçirilən yarışda 500 –dən artıq idmançı respublikanın 51 şəhər və rayonunu təmsil edirlər. Yarışlar 12 yaşadək idmançılar arasında “B” və 12 yaşdan yuxarı idmançılar arasında “A” qrupları üzrə keçirilir.

Olimpiada isveçre sistemi üzre 11 turdan ibarət olaraq FIDE qaydalarma əsasən keçirilir və şəxsi -komanda xarakteri daşıyır.

Turnir iyulun 16 -də başa çatacaq.

Xəbər 767 dəfə oxundu.