Şahmatçılarımız Məktəblilərin Avropa Çempionatında 5 medal qazandılar
Türkiyənin Konya şəhərində keçirilən 7-17 yaşlı məktəblilər arasında şahmat üzrə Avropa Çempionatı başa çatıb.Çempionatda ölkəmizlə yanaşı Rusiya, Türkiyə, İngiltərə, Finlandiya,Bolqarıstan,Rumuniya və Moldovadan ümumilikdə 670 şahmatçı mübarizə aparırdı. Ölkəmizi müxtəlif yaş qruplarında 35 şahmatçı təmsil edirdi.

Azərbaycan şahmatçıları son turda inamla çıxış ederek 1 qızıl, 1 gümüs, 3 bürünc medal qazanıblar. Qaliblərimizə Avropa Şahmat Ittifaqının kuboklari,medallar ve qiymetli hədiyyələr təqdim olunub.

9 yaşadək oğlanların çempionatında Suleymanli Suleyman 9 oyundan aktivinə 7.5 xal yazaraq qızıl medal qazanıb. Kanan Qarayev 13 yaşa qədər oğlanların yarışında 7 xal toplayaraq gümüş medalın sahibi olub. 11 yaşadək oğlanlar arasında Xəzər Babazadə 7 xalla 3-cü yerə çıxıb. Aytac Heydərova isə 6.5 xal toplayaraq 13 yaşadək qızlar arasında bürünc medal qazanıb. Ölkəmizə 3-cü bürünc medalı qazandıran isə 15 yasadek qizlar arasında mübarizə aparan Nərmin Kərimzadə olub. Komanda hesabinda sahmatcilarimiz Türkiyə və Rusiyadan sonra 3-cü yeri tutublar.

Xəbər 989 dəfə oxundu.