"Laçi" - "İnter" oyunu 1:1 hesabı ilə başa çatıb | |
Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının birinci mərhələsində ilk görüşünü heç-heçə başa vurub. Bakı təmsilçisi iyunun 2-də Albaniyanın Lac şəhərindəki eyni adlı stadionda yerli “Laçi” klubunun qonağı olub. İspaniyalı baş hakim Karlos Del Kerronun idarə etdiyi oyunun 20-ci dəqiqəsində “Laçi”nin futbolçusu Sequn Adeniyinin vurduğu top qapı tirinə dəyib geri qayıtsa da, komanda yoldaşı Aqim Meto hücumu qolla tamamlayıb. Görüşün ilk hissəsi “Laçi”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissəyə fəal başlayan "İnter"in futbolçuları matçın 47-ci dəqiqəsində rəqib qapısında yol tapıblar. Nika Kvekveskirinin dəqiq zərbəsi hesaba tarazlıq gətirib - 1:1. Oyunun sonunadək hər iki tərəf qol vurmağa cəhd etsə də, top qapıdan keçməyib. Beləliklə, görüş 1:1 hesablı heç-heç ilə yekunlaşıb. Komandaların cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək. |
|
Xəbər 872 dəfə oxundu. |
|
|