Stolüstü tennis üzrə respublika təsnifat turniri keçirilir
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşəbbüsü ilə "Şüa" idman-sağlamlıq kompleksində 2003-cü il təvəllüdlü və daha azyaşlı yuniorlar arasında respublika təsnifat turniri start götürüb.

Tədbir ölkəmizdə idmanın bu növünə marağı inkişaf etdirməyə dəstək göstərmək, habelə güclü potensialı olan tennisçiləri üzə çıxarmaq məqsədi daşıyır.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun keçirilən bu yarışlar fərdi xarakter daşıyır.

Qaliblərə və mükafatçılara ASTF-nin diplomları və qiymətli hədiyyələr təqdim olunacaq.

Yarışları baş hakim İlham Şahgəldiyev və baş katib Xəyalə Qiyasova idarə edəcəklər.

Təsnifat turniri iyulun 3-də başa çatacaq.

Xəbər 936 dəfə oxundu.