Efiopiya qəzetində I Avropa Oyunlarının bağlanış mərasimi barədə məqalə dərc edilib
Efiopiyanın aparıcı “The Ethiopian Herald” qəzetində “Bakı-2015” möhtəşəm bağlanış mərasimi ilə başa çatdı” adlı məqalə dərc olunub.

Məqalədə birinci Avropa Oyunlarının iyunun 28-də Bakı Olimpiya Stadionunda keçirilən bağlanış mərasimindən bəhs edilir.

Müəllif birinci Avropa Oyunlarında 6 min idmançının iştirak etdiyini bildirir, qazanılan medalların ümumi sayına görə ilk üçlükdə Rusiya, Azərbaycan və Böyük Britaniyanın yer aldığını qeyd edir.

Bağlanış mərasimində britaniyalı məşhur müğənni Con Nyuman və digər musiqiçilərin çıxış etdikləri diqqətə çatdırılır.

Məqalədə 17 gün ərzində milyonlarla insan tərəfindən izlənilən “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyi vurğulanır.

Xəbər 1997 dəfə oxundu.