Futbol üzrə Amerika Kubokunun finalında Argentina və Çili komandaları qarşılaşacaq
Argentina yığması futbol üzrə Amerika Kubokunun yarımfinalında Paraqvay millisini 6:1 hesabı ilə darmadağın edib.

Argentinalıların rəqib qapısından keçirdiyi 6 qolun ikisini Anhel de Maria, digərlərini isə Markos Roho, Havyer Pastore, Serhio Agero və Qonsalo İquain vurub.

Argentinanın finaldakı rəqibi çempionatın ev sahibi Çili yığması olacaq. Şərhçilərin dediyi kimi, "Argentina yığması 1993-cü ildən bəri özünün kubokdakı ilk qələbəsinə doğru addımlayır".

Xəbər 740 dəfə oxundu.