Taekvondo üzrə Azərbaycan yığma komandası Avropa çempionatında 18 idmançı ilə təmsil olunacaq
Yeniyetmələrdən ibarət Azərbaycanın taekvondo üzrə yığma komandası iyulun 1-də Fransaya yollanacaq. Avropa çempionatından əvvəl təlim-məşqlərin ilkin mərhələsinı Qəbələdə keçirən idmançılarımız son mərhələni Azərbaycan Taekvondo Federasiyasının (ATF) məşq bazasında davam etdiriblər.

Komandamız iyunun 30-da məşqlərı başa vurub. Məşqçilər heyəti yeniyetmələr arasında Avropa çempionatında dayanq üzərinə çıxacaq idmançıların adlarını açıqlayıb. Millimiz iyulun 3-dən 5-dək Strasburqda təşkil ediləcək yarışda 10 oğlan və 8 qız, ümumilikdə isə 18 taekvondoçu ilə təmsil olunacaq.

Avropa birinciliyində oğlanlardan ölkəmizdən Qüdrət Nurizadə (33 kq), Bəhruz Quluzadə (-37 kq), Ziya Xəlilov (-41 kq), Samir Məhərrəmov (-45 kq), Ruslan Seyidov (-49 kq), Yunis Məmmədzadə (-53 kq), Ülvi Mustafayev (-57 kq), Elşad Məmmədov (-61 kq), Seymur Quliyev (-65 kq), Cavid Sultanov (+ 65 kq) çıxış edəcəklər.

Qızların yarışında isə Ofeliya Allahverdiyeva (29 kq), Minayə Əkbərova (-33 kq), Sevda Pirseyidova (-37 kq), Aliyə Zeynalova (-41 kq), Zalikə Babayeva (-44 kq), Nərmin Süleymanova (-47 kq), Nuranə İbrahimova (-51 kq), Şəms İsayeva (-55 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Milli komandamız yarışa baş məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə qatılacaq.

Bu yarışda ölkəmizi hakim qismində ATF-nin baş hakimi, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edəcəklər. Komandamız iyulun 6-da Vətənə qayıdacaq.

Xəbər 785 dəfə oxundu.