Qadın voleybolçulardan ibarət Azərbaycan millisini yenidən Faiq Qarayev çalışdıracaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi baş məşqçi Aleksandr Çervyakov ilə yollarını ayırıb.

Baş məşqçinin komandadan uzaqlaşdırılmasına səbəb voleybolçularımızın birinci Avropa Oyunlarında medal qazana bilməməsi olub.

Komandanın sükanı arxasına yenidən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev gətirilib. Voleybolçularımız cari ilin sentyabrında Belçika və Niderlandda start götürəcək Avropa çempionatına məhz F.Qarayevin rəhbərliyi altında hazırlaşacaqlar.

Xəbər 827 dəfə oxundu.