Araz Abdullayev "Olimpiakos"a qarşı
Ötən gün Yunanıstan kubokunun 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Panionios" klubunun da rəqibi müəyyənləşib.

Həmyerlimizin komandası 1/4 final mərhələsində Yunanıstanın ən titullu klublarından biri "Olimpiakos"la qarşılaşacaq. 38-qat Yunanıstan çempionu və 24 qat kubok sahibi olan "Olimpiakos" klubu bu duelin əsas favoriti hesab olunur.
Qeyd edək ki, "Olimpiakos" - "Panionios" matçı fevralın 25-də keçiriləcək.

Xəbər 918 dəfə oxundu.