MTB üzrə Açıq Azərbaycan Çempionatı
Azərbaycan Velosiped İdmanı Federasiyası dağ velosipedi (MTB) həvəskarlarını Açıq Ölkə Çempionatına dəvət edir. Dağ Velosipedi Parkında (Xocahəsən) təşkil olunacaq yarışda müxtəlif yaş qrupları üzrə peşəkar idmançılarla yanaşı, həvəskar velosipedçilər də iştirak edə bilər.

Yarış zamanı yeniyetmə və gənclər uzunluğu 2 km olan marşrut boyunca 3, böyüklər isə 6 dövrə vurmalıdırlar. Qeydiyyat prosesi iyulun 4-ü, səhər saat 08:00-da yarış yerində başlayacaq. Saat 09:00-da isə ölkə çempionatına start veriləcək.

Xəbər 711 dəfə oxundu.