Birinci Avropa Oyunlarında qazanılan 56 medaldan 16-sı "Neftçi" idman klubunun nümayəndələrinin payına düşür
Birinci Avropa Oyunlarında qazanılan 56 medaldan 16-sı "Neftçi" idman klubunun nümayəndələrinin payına düşür.

Güləşçilər Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov, taekvondoçu Ayxan Tağızadə, boksçu Pərviz Bağırov və cüdoçu İlham Zəkiyev çempion olublar.

Samboçular Nəzakət Xəlilova, İslam Qasımov, cüdoçu Orxan Səfərov, qılıncoynadan Sevil Bünyadova, cüdoçu Səbinə Abdullayeva gümüş, güləşçilər Elman Muxtarov, Həsən Əliyev, qılıncoynadan Sevinc Bünyadova və cüdoçu Zakir Mislimov bürünc medal qazanıblar.

"Neftçi" İdman Cəmiyyətinin mətbuat xidməti bu uğurda klubun rəhbəri Sadıq Sadıqovun və azarkeşlərin böyük rolunu vurğulayıb.

Xəbər 2235 dəfə oxundu.