Avstriya portalı ilk Avropa Oyunlarının çempionu paralimpiyaçı cüdoçu İlham Zəkiyev haqqında yazır
Avstriyanın “laola1.at” portalı birinci Avropa Oyunlarının qızıl medalçısı, iki dəfə Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev haqqında məqalə yayıb.

Məqalədə İlham Zəkiyevin Ermənistanla müharibə zamanı başından yaralanaraq görmə qabiliyyətini itirdiyi bildirilir. İlk Avropa Oyunlarının açılış mərasimində məşəlin stadiona gətirilməsinin məhz ona həvalə edildiyi vurğulanır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin paralimpiyaçı cüdoçunun mübarizəsini izlədiyi və birinci Avropa Oyunlarının qızıl medalını şəxsən ona təqdim etdiyi oxucuların diqqətinə çatdırılır.

Xəbər 766 dəfə oxundu.