“Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasimi Türkiyə mediasının əsas idman mövzusudur
Qardaş ölkənin aparıcı mediası ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə silsilə yazılar verməkdədir. Anadolu Agentliyinin və “TRT HABER” kanalının saytının yaydığı “Bakıda möhtəşəm bağlanış” sərlövhəli məqalədə ilk Avropa Oyunlarının yüksək peşəkarlıqla təşkili, bu Oyunlarda təmsil olunan idmançıların sayı və idman növləri, atletlər üçün yaradılmış hərtərəfli şəraitdən bəhs edilir.

Bağlanış mərasiminin təşkili barədə türkdilli oxuculara ətraflı məlumat verilən məqalədə qeyd edilir ki, bu mərasimdə Azərbaycanın çağdaş mədəniyyəti və qədim ənənələri bir daha tərənnüm edildi. Diqqətə çatdırılır ki, “Bakı-2015” ilk Avropa Oyunlarının qazandığı böyük şöhrət Azərbaycanın hərtərəfli və davamlı inkişafının göstəricisidir.

“Bakı-2015” ilk Avropa Oyunlarında Türkiyə idmançılarının əldə etdikləri nailiyyətlərdən bəhs edilən məqalədə bildirilir ki, qazanılmış 29 medal gələcək uğurlar üçün yeni-yeni qapılar açacaq.

Xəbər 2066 dəfə oxundu.