“Qəbələ” Türkiyədə ilk məşqinə çııxıb
Bu gün “Qəbələ” Türkiyəyə təlim-məşq toplanışına yollanıb. İdman.com.az saytının məlumatına görə, komanda Antalyada 2 həftəlik hazırlıq prosesi keçəcək. Türkiyəli baş məşqçi Fateh Kavlak qış fasiləsində transfer etdiyi yeni futbolçuları – yarımmüdafiəçi Elmar Baxşıyevlə fransalı hücumçu Yannik Kamananı da öz vətəninə aparıb.

Yerli transfer işini bitirən “qara-qırmızılar” heyətinə daha bir legioner qata bilər. Ancaq bu, dəqiq deyil və işin gedişində müəyyənləşəcək. Belə ki, Kavlaka hansı mövqeyə futbolçu lazım olarsa, menecerlər tərəfindən legioner təklif edilərsə, həmin variantı nəzərdən keçirəcək.

Qəbələlilər Antalyada 5 yoxlama oyunu keçirəcək ki, bunlardan ilk 3-də rəqibin adı məlumdur. Belə ki, yanvarın 22-də Qazaxıstanın “Atırau”, 25-də Ukraynanın “Krivbass”, 28-də Rumıniyanın ÇFR klubu ilə matç olacaq. Yanvarın 30-u və fevralın 2-ə təyin edilən oyunlara rəqib axtarılır və bu məsələyə komanda Türkiyədə olduğu müddətdə yerində aydınlıq gələcək.
Qeyd edək ki, “Qəbələ” fevralın 3-də Vətənə qayıdacaq.

Xəbər 912 dəfə oxundu.