Voleybol üzrə Polşa millisi Slovakiya yığmasına qalib gəlib [YENİLƏNİB]
Kişilər arasında voleybol yarışlarının ilk yarımfinalçısı müəyyənləşib.

Günün ilk oyunu Polşa və Slovakiya voleybolçuları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Polşa millisi 3:0 hesabı ilə qalib gəlib.

Gün ərzində Türkiyə-Bolqarıstan, Serbiya-Almaniya və Fransa-Rusiya görüşləri keçiriləcək.

13:24

İyunun 24-də “Baku Crystal Hall”da kişilər arasında voleybol yarışlarının dörddəbir final qarşılaşmalarına start verilib.

Günün ilk oyununda Polşa və Slovakiya voleybolçuları qarşılaşırlar.

Gün ərzində Türkiyə-Bolqarıstan, Serbiya-Almaniya və Fransa-Rusiya görüşləri keçiriləcək.

Xəbər 840 dəfə oxundu.