Azərbaycanın gənc güləşçisi Avropa çempionatında ermənistanlı rəqibinə qalib gələrək bürünc medal qazanıb
İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilir.

Çempionatın ilk günündə sərbəst güləş üzrə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurublar.

Yarışda Murad Süleymanov (74 kq) ardıcıl olaraq Moldova və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiyalı rəqibinə məğlub olan M.Süleymanov bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Ermənistan idmançısını üstələyən Murad Süleymanov Avropa çempionatının bürünc medalına sahib olub.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vurğun Əliyev ilk görüşündə Polşa təmsilçisindən üstün olsa da, rusiyalı rəqibinə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. V.Əliyev Makedoniya idmançısına qalib gəlməklə bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Belarus idmançısı üzərində tam üstünlüklə qələbə güləşçimizə bürünc medal qazandırıb.

Xəbər 746 dəfə oxundu.