Azərbaycanlı basketbolçular: Addım-addım uğura doğru gedirik
Çexiya komandası ilə oyunda həyəcanlı idik. İstədiyimizi oyunda nümayiş etdirə bilmədik. Ancaq əsas qələbə və nəticə idi. Onu da əldə etdik. İkinci oyunda İsveçrə kollektivinə qalib gəldik. Sabah Andorra kollektivi ilə oyununa hazırlaşacağıq.

Bu fikirləri müsahibəsində 3x3 basketbol növü üzrə kişilərin yarışında mübarizə aparan Azərbaycan yığmasının üzvləri Orxan Aydın Hacıyev və Amil Həmzəyev deyiblər.

Birinci hədəflərinin qrupdan çıxmaq olduğunu bildirən idmançılar deyiblər: “Addım-addım uğura doğru gedirik. Sonra digər mərhələlər, yarımfinal və final haqqında düşünəcəyik. Əsas odur ki, hər şey yolunda gedir və növbəti Andorra oyununda da qələbə qazanmağa çalışacağıq”.

AZƏRTAC

Xəbər 815 dəfə oxundu.