“Qəbələ” də kubokla qayıdır
“Qara-qırmızılar”ın 13 yaşa qədər futbolçulardan ibarət komandası “Riga Open Cup 2012”nin qalibi olub. İdman.com.az saytının məlumatına görə, turnirin son oyununda ev sahibi ilə qarşılaşan “Qəbələ” rəqibin “daşını daş üstə qoymayıb” - 11:1. Bu darmadağından sonra xal hesabını 13 çatdıran təmsilçimiz çempionluq kubokunu başı üzərinə qaldırıb. Qəbələlilərə kuboku Avro-2004-də Latviya milli komandasının kapitanlıq sarğısını daşıyan Mixail Zemlinski təqdim edib.

Həlledici matçda Fərid Nəbiyev (3), Cavidan Qasımlı (3), Elvin İmanlı (2), Əli Məzahirli, Faiq Hacıyev, Murad Qayalı fərqlənib. Turniri “Dinamo” 10 xalla ikinci, “Super Nova” isə 7 xalla 3-cü yerdə yekunlaşdırıb. “Qəbələ” Latviyada daha iki mükafat – fərdi nominasiyalarda ən yaxşı adını da qazanıb. “Riga Open Cup 2012”nin ən yaxşı oyunçusu yekdilliklə Cavidan Qasımlı seçilib. Turnirin ən sərrast futbolçusu nominasiyasının qalibi də “Qəbələ”nin heyətində yer alıb. Bu rəqibləri 8 dəfə məyus edən Elvin İmanlıdır.

Xəbər 1065 dəfə oxundu.