"Qəbələ" Azərbaycana qayıdır
Avropa Liqasına və yeni mövsümə hazırlaşan “Qəbələ” 2015/16 mövsümünün hazırlığının ilk mərhələsini başa vurub. Ötən gün Türkiyədə 2-ci yoxlama oyununu keçirən komanda bu gün səhər məşqindən sonra vətənə qayıdacaq.

Qeyd edək ki, "Qəbələ"nin Ərzurumdakı toplanışı iyunun 10-dan start götürmüşdü. Hazırlıq çərçivəsindəki ilk oyunda Ərzurumun U-21 komandasını 2:1 hesabı ilə məğlub edən Roman Qriqorçukun futbolçuları ötən gün də "Aşkalespor"u 10:0 hesabıyla darmadağın etmişdi.

Bölgə təmsilçisinin ikinci hazırlıq prosesi iyunun 21-dən 30-dək Qəbələdə baş tutacaq

Xəbər 719 dəfə oxundu.