Rusiyalı idmançı: "Həyatımın sonunadək Bakıdakı Atletlər Kəndində yaşamaq istərdim"
“Bakı doğrudan da məftunedici şəhərdir. Həyatımın sonunadək Bakıda, Atletlər Kəndində yaşamaq istərdim. Burada hər şey xoşuma gəlir. Bizim otel, Atletlər Kəndi fantastik dərəcədə gözəldir”.

Bu sözləri birinci Avropa Oyunları çərçivəsində kişilər arasında atıcılıq yarışında qalib gələn Rusiya idmançısı Aleksey Alipov Beynəlxalq İdman Atıcılığı Federasiyasının saytına müsahibəsində deyib.

2004-cü il Olimpiya Oyunları çempionu, 39 yaşlı idmançı Oyunların yüksək səviyyədə təşkil edildiyini bildirərək deyib: “Mən Olimpiya Oyunlarında mübarizə aparmışam. Bir qızıl və bir bürünc medalım var. “Bakı-2015” Olimpiya Oyunları səviyyəsində idman yarışıdır”.

A.Alipov qalib gəldiyi üçün özünü çox xoşbəxt hiss etdiyini vurğulayaraq bildirib: “Mən qalib gəldim və “Rio-2016”-ya vəsiqə qazandım”.

Xəbər 740 dəfə oxundu.