Velosipedçimiz Avropa Oyunlarında 6-cı oldu
Bakı-2015 I Avropa Oyunları çərçivəsində bu gün şosse velosipedi üzrə yarışlara start verilib. İştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparıblar. Bilgəhdə təşkil olunan yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edirb.

Əvvəlcə qadınların yarışı keçirilib. Mükafatlar uğrunda mübarizə aparan 29 velosipedçi arasında Azərbaycan təmsilçisi Yelena Pavluxina da qüvvəsini sınayıb. O, məsafəni 33 dəqiqə 57,45 saniyəyə qət edib və bu nəticə ilə yarışı 6-cı pillədə başa vurub. Çempion adına isə hollandiyalı Ellen van Diyk yiyələnib – 32:26 dəqiqə. Ukraynalı Anna Solovey (33:03) 2-ci, digər hollandiyalı Annemik van Vleuten (33:33) 3-cü olub.

41 kişi velosipedçi arasında isə ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyub. İdmançımız 12,9 km məsafədəki ara finişdə 20-ci olsa da, yarışı bitirə bilməyib. Bu növdə çempion adını Belarus velosipedçisi Vasili Kiriyenko qazanıb - 59:36 dəqiqə. Hollandiyalı Stef Klement 2-ci (1:00:46), ispaniyalı Luis Leon Sançes isə (1:01:08) 3-cü yeri tutub.

Xəbər 832 dəfə oxundu.