Şose velosipedi idmanında qadınlar arasında fərdi yarışa start verilib
Bu gün birinci Avropa Oyunlarında velosiped idmanında fərdi yarış keçirilir. Trasa Azərbaycan idmançıları Yelena Pavluxina və Elçin Əsədov da çıxacaq.

Əvvəlcə starta qızlar çıxdı. Birinci olaraq Rusiyadan Natalya Boyarskaya start götürdü. Onun ardınca 1,5 dəqiqə fərqlə digər idmançılar da start götürürlər. Ümumilikdə, starta 30 idmançı çıxacaq. Azərbaycan velosipedçisi Yelena Pavluxina 19-cu start götürür.

Hər idmançı 25 kilometr 800 metr məsafə qət etməlidir.

Xəbər 875 dəfə oxundu.