“Bakı” komandası xorvatlarla qarşılaşacaq
Qadın voleybolçulardan ibarət “Bakı” klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsindəki rəqibi bəlli olub. İdman.com.az saytının məlumatına görə, Ancelo Vercesinin rəhbərlik etdiyi komanda bu raundda “Rieka” ilə qarşılaşacaq. İlk oyun 31 yanvar – 2 fevralda Bakıda, cavab görüşü isə bir həftə sonra rəqib meydanda baş tutacaq.

Xəbər 940 dəfə oxundu.