Birinci Avropa Oyunları İran mətbuatının da diqqət mərkəzindədir
İran İslam Respublikasının İRNA İnformasiya Agentliyi Bakıda keçirilən birinci Avropa Oyunları haqqında məqalə yayıb.

Məqalədə Oyunların öz möhtəşəmliyi ilə fərqlənən açılış mərasimində bir çox ölkələrin dövlət və hökumət başçılarının, digər rəsmi şəxslərin iştirak etdikləri bildirilir. Qonşu Azərbaycanda bu cür beynəlxalq səviyyəli tədbirin keçirilməsinin onun inkişafının göstəricisi olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, Azərbaycan hökuməti yarışların keçirilməsi üçün lazımi idman infrastrukturu yaradıb.

Bildirilir ki, Oyunlarda 6 min idmançı iştirak edir və onlar üçün hər cür şərait yaradılıb. İstər açılış mərasimi, istərsə də yarışlar yüksək səviyyədə təşkil olunub. Azərbaycan irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi təcrübəsinə malikdir.

Məqalədə Oyunları işıqlandırmaq üçün Azərbaycana gələn xarici mətbuat nümayəndələri üçün də hər cür şəraitin yaradıldığı diqqətə çatdırılır.

İranın Bartarinha.ir saytında Oyunların açılışı mərasimini əks etdirən 14 dəqiqəlik video yerləşdirilib.

Ocaq.ir və ANJA News saytları oxşar materiallar verərək açılış mərasimini əks etdirən fotoşəkillər yayıb.

Bunlardan başqa, bajam.ir, khasdi.ir, nasrnews.ir, khabarche.ir və digər saytlar da birinci Avropa Oyunlarının açılışı mərasimindən və oyunların gedişindən materiallar yayıblar.

AZƏRTAC

Xəbər 891 dəfə oxundu.