Azərbaycan və İtaliya voleybolçuları qarşılaşırlar | |
Növbəti görüşdə “B” qrupunda çıxış edən Serbiya millisi Bolqarıstan yığması üzərində 3:0 (27:25, 25:12 və 25:18) hesabı ilə qələbə qazanıb. Hazırda Azərbaycan və İtaliya voleybolçuları qarşılaşırlar. İyunun 17-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının voleybol yarışında qadın idmançıların mübarizəsi davam edir. Günün ilk oyunu Almaniya və Niderland voleybolçuları arasında keçirilib. Almanlar hər üç setdə də qalib gəliblər (25:13, 25:23 və 25:22). Digər oyunda isə “A” qrupunda çıxış edən Polşa və Rumıniya idmançıları üz-üzə gəliblər. Yarışın favoritlərindən sayılan polşalı voleybolçular rəqiblərinə heç bir şans verməyiblər – 3:0 (25:23, 25:15 və 25:17). AZƏRTAC |
|
Xəbər 829 dəfə oxundu. |
|
|