“Volqa” Vaqif Cavadova uğurlar arzuladı
“Volqa” klubu Vaqif Cavadovun komandadan ayrılması ilə bağlı rəsmi məlumat yayıb. İdman.com.az xəbər verir ki, klubun rəsmi saytında yer alan açıqlamada Vaqif Cavadova komandaya göstərdiyi xidmətlərdən ötrü minnətdarlıq edilib:

“Cavadov komandamızdan ayrılaraq vətəninə döndü. O bundan sonrakı futbolçu fəaliyyətini Ağdamın “Qarabağ” klubunda davam etdirəcək. Vaqifə komandamızda göstərdiyi əzmkarlıqdan ötrü təşəkkür edirik və ona gələcək karyerasında uğurlar arzulayırıq".

Xəbər 935 dəfə oxundu.