Azərbaycan taekvondoçularının dördəbir finalında rəqibləri məlum olub
Taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) dörddəbir finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşacaq.

Qadınların yarışında isə Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) Yunanıstan idmançısı Loanna Koutsou ilə döyüşəcək.

11:00
İlk görüşdə kişilərin yarışında israilli Gili Haimovitzlə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Məhəmməd Məmmədov (58 kq) rəqibinə 7:4 hesabı ilə qalib gələrək növbəti dörddəbir final mərhələsinə adlayıb.

10:40

Qadınların yarışında ilk görüşdə rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Patimat Abakarova (49 kq) rəqibini 7:1 hesabı ilə məğlub edərək növbəti -dörddəbir final mərhələsinə yüksəldi.

09:59

Hazırda kişilərin yarışında 58 kq çəkidə ilk görüşdə almaniyalı Tuncat Levent islandiyalı Rafiei Meisamla, rusiyalı Arman İrgaliev yunanıstanlı Simitsis Georgiosla, ispaniyalı Tortosa Cabrera Jesus belaruslu İlya Kokşintsev, portuqaliyalı Rui Braganca isə türkiyəli Gorkem Sezer, moldoviyalı Dmitri Stepanov Milas Qladoviçlə dayanqlar üzərində görüşür.

Qadınların yarışında isə 49 kq çəkidə Lucija Zaninovic (Xorvatiya) Terezia Pavkova (Slovakiya), İndra Kraen (Belçika) Tijana Bogdanovic (Serbiya), Kyriaki Kouttouki (Kipr) Loanna Koutsou (Yunanıstan), Brigida Yague (İspaniya) Erika Nikoli (İtaliya), türkiyəli Rukiye Yıldırm macarıstanlı Ivett Qonda ilə döyüşür.

09:30

Birinci Avropa Oyunlarının beşinci günündə - iyunun 16-da “Baku Crystal Hall”da kişilər və qadınlar arasında taekvondo yarışlarına start verilib.

Ümumiyyətlə, yarışlarda hər ölkə dörd qadın və dörd kişi idmançı ilə təmsil olunur. Oyunlarda ölkəmizi taekvondo idman növü üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının 8 üzvü təmsil edəcək.

İyunun 16-da dayanq üzərində qadınlar arasında 49 və kişilər arasında 58 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayacaqlar.

Yarışda mübarizə aparacaq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Komandamızın üzvlərindən kişi taekvondoçulardan Məhəmməd Məmmədov (58 kq) israilli Gili Haimovitz, qadınlarda isə Patimat Abakarova (49 kq) rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa ölkələrindən 128 idmançının mübarizə aparacağı taekvondo yarışlarında ümumilikdə dörd gün ərzində səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşəcək

Xəbər 773 dəfə oxundu.