Azərbaycanın qadın voleybolçuları birinci Avropa Oyunlarında ikinci qələbəni qazanıblar
İyunun 15-də birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışının

Günün ilk oyununda “B” qrupunda yer alan Bolqarıstan voleybolçuları rusiyalı rəqibləri üzərində 3:0 (25:16, 25:22 və 25:22) hesabı ilə qələbə qazanıblar. Qrupun digər oyununda Niderland yığması Xorvatiyaya 3:1 (25:23, 25:17, 17:25 və 25:21) hesabı ilə qalib qəlib.

Digər oyunda isə “A” qrupunda mübarizə aparan Türkiyə komandası İtaliya yığması üzərində asan qələbə qazanıb – 3:0 (25:16, 25:10 və 25:17). Bu qrupda çıxış edən Belçika yığması Rumıniya millisi 3:0 (25:21, 25:21, 25:23), “B” qrupunda isə Serbiya voleybolçuları almaniyalı rəqiblərini 3:1 (26:24, 18:25, 25:15 və 25:22) hesabı ilə məğlub ediblər.

Günün sonuncu qarşılaşması Azərbaycan ilə Polşa komandaları arasında keçirilib. Gərgin keçən ilk seti voleybolçularımız qələbə ilə başa vurublar – 28:26. Azərbaycan voleybolçularının tam üstünlüyü şəraitində keçən ikinci setdə komandamız 25:16 hesabı ilə qalib gəlib. Üçüncü seti də 25:23 hesabı ilə qalib gələn Azərbaycan voleybolçuları ümumi hesabda parlaq qələbə qazanıblar - 3:0.

Xəbər 835 dəfə oxundu.