""Neftçi"də uşaq və gənclərə yüksək qayğı var"
"Neftçi"nin futbolçusu Elnur Soltanlı Almaniyanın "Dinamo" (Drezden) klubu ilə keçirilmiş yoxlama görüşü (0:1) haqda təəssüratlarını bölüşüb. İdman.com.az-ın məlumatına görə, komandanın rəsmi saytına açıqlamasında 18 yaşlı futbolçu bunları dilə gətirib:

"Bizim kimi gənc futbolçuların əsas komanda ilə birlikdə təlim-məşq toplanışına yollanması "Neftçi"də uşaq və gənclərə göstərilən diqqətin göstəricisidir.
Bizə belə bir şərait yaratdığına görə klub rəhbərliyinə, məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Almaniyanın "Dinamo" klubu ilə oyunda meydana çıxmaq isə böyük təcrübədir".

Xəbər 936 dəfə oxundu.