Rusiya Prezidentinin köməkçisi Azərbaycanın Avropa Oyunlarına hazırlığını yüksək qiymətləndirib
Rusiya Prezidentinin köməkçisi, Rusiya Olimpiya Komitəsinin vitse–prezidenti İqor Levitin Azərbaycanın Avropa Oyunlarına hazırlığını yüksək qiymətləndirib.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, vitse–prezident Atletlər Kəndində olduğunu, burada yaradılmış şəraiti çox bəyəndiyini bildirib: “Azərbaycanlı dostlarımı, həmkarlarımı idmançılarımız üçün yaratdıqları şəraitə görə təbrik etmək istəyirəm. Biz hələ Oyunlar başlamazdan əvvəl Soçinin təcrübəsindən çıxış edərək, oyunların neçə təşkil olunması və necə keçiriləcəyi ilə maraqlandıq. Deməliyəm ki, Atletlər Kəndi və nəqliyyat logistikası idmançıların rahatlığına hesablanıb. Azərbaycanlı həmkarlarım iki il yarım ərzində həm idmançılar, həm də azarkeşlər üçün bu cür komfort yarada biliblər. Düşünürəm ki, bu təcrübə başqa ölkələrin də işinə yarıya bilər”.

Xəbər 740 dəfə oxundu.