“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin açıqlaması
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin tibb xidməti iyunun 11-də səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, hadisə nəticəsində üç nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.

Əməliyyat Komitəsi bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir və hadisə ilə bağlı gün ərzində ətraflı məlumat verəcək.

Xəbər 694 dəfə oxundu.