Avropa Oyunlarında iştirak edəcək italiyalı idmançıların bir qrupu artıq Bakıya yola düşüb
İtaliyanı ilk Avropa Oyunlarında sinxron üzgüçülük, atıcılıq və velosiped idman növləri üzrə təmsil edəcək idmançılar artıq Bakıya yola düşüblər.

“Bakı-2015”də sinxron üzgüçülük üzrə mübarizə aparacaq komandanın məşqçisi Patrizia Giallombardo deyib: “Yarışlarda yığmamızın şansını yüksək qiymətləndirirəm. Xüsusilə tək, cüt və sərbəst kombinasiyalar üzrə yaxşı nəticələr gözləyirik. İdmançılarımızın əhval-ruhiyyəsi yüksək səviyyədədir”.

AZƏRTAC

Xəbər 724 dəfə oxundu.