"Hansısa kluba keçmək barədə fikirləşmirəm"
Braziliyalı futbolçu Eder Bonfim “Xəzər Lənkəran”dan getmək fikrində deyil. İdman.com.az saytının məlumatına görə, Rumıniya mətbuatında braziliyalı müdafiəçinin cari mövsümdən şərəfini qoruduğu Lənkəran klubundan getmək istəməyi ilə bağlı açıqlaması yer alıb.

Rumın həmkarlarımızın yazdığına əsasən, Eder Buxarest “Dinamo”sunun heyətində yer ala bilər və keçidlə bağlı artıq danışıqlara başlanılıb. Bonfim xüsusilə həmyerlisi, onu “Xəzər Lənkəran”a gətirən sabiq baş məşqçi Mirça Rednikin gedişindən sonra ölkəmizi tərk etmək istədiyini açıqlayıb.

Eder apasport.az-a açıqlamasında bunun əksini deyib. O, getmək istəməyi ilə bağlı elə bir açıqlama vermədiyini bildirib: “Rumıniyalı jurnalistlər bunu nəyə əsasən yazıblarsa, bilmirəm. Hazırda komanda ilə məşqlərimi davam etdirirəm və hansısa kluba keçmək barədə fikirləşmirəm".

Xəbər 903 dəfə oxundu.