Portuqaliya və Xorvatiya velosipedçiləri İsmayıllıda
“Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə ölkəmizə gələn Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə respublikamızın şimal-qərb bölgəsinə səfər ediblər.

İyunun 9-da velosipedçilər İsmayıllıya gəliblər. Qonaqlar böyük coşqu və hərarətlə qarşılanıblar. Avropa Oyunları məşəlinin qəbulu zamanı yaranan ənənəyə müvafiq olaraq idmançıların üzərinə qızılgül ləçəkləri səpilib.

İyirmi nəfər yerli velosipedçi Portuqaliya və Xorvatiya idmançılarını Ağsu sərhədinədək müşayiət edib.

Velosipedçilərin Balakəndən başlayan yürüşü Bakıda başa çatacaq.

Xəbər 942 dəfə oxundu.