AzAL yoxlama matçında qalib gəldi
Unibank Premyer Liqasına hazırlıqları davam etdirən paytaxtın AzAL klubu yoxlama oyununda qüvvəsini sınayıb. İdman.com.az saytının məlumatına görə, I Divizion təmsilçisi "Neftçala" ilə qarşılaşan Rafiq Mirzəyevin komandası, rəqibini 2:0 hesabı ilə məğlub edib. "Təyyarəçilər"in heyətində Ervin Bulku və Hüseyn Axundov fərqləniblər.

Xəbər 947 dəfə oxundu.