Məcidovdan daha bir qələbə
2 qat dünya, Avropa çempionu Məhəmmədrəsul Məcidov AIBA Pro Boxing (APB) turnirində növbəti görüşünü keçirib. Milli komandamızın üzvü Mərakeşdə yerli boksçu Məhəmməd Arjaou ilə qarşılaşıb. 8 raundluq döyüşdən sonra hakimler Mecidovun qələbəsini qeydə alıblar - 2:0 (78:74, 78:73, 76:76). Bokçumuz növbəti görüşünü rusiyali Maqomed Omarovu məğlub edən Rumıniya idmançısı Mixay Nistora qarşı keçirəcək. Bu qələbədən sonar Məcidov APB turnirindən Rio de

Janeyro Olimpiadasına vəsiqə qazanmaq şansını saxlayır.

Cavid Çələbiyev isə Çin Xalq Respublikasının Quanyanq şəhərində argentinalı Alberto Melianla üz-üzə gəlib. 8 raundluq döyüş bərabər mübarizə şəraitində keçib. Hesab bərabər olsa da, hakimlərdən birinin qərarı Argentinalı boksçunu qalib edib – 77:75, 76:76, 75:77.

Xəbər 973 dəfə oxundu.