Avropa Voleybol Konfederasiyasının saytında “Bakı-2015”-in məşəlinin paytaxta gətirilməsi barədə məqalə yayılıb
Avropa Voleybol Konfederasiyasının saytında “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin paytaxta gətirilməsi barədə məqalə yayılıb.

Məqalədə məşəlin Oyunların başlanmasından 5 gün əvvəl - iyunun 7-də təmtəraqlı şəkildə paytaxta gətirilməsindən bəhs edilir. Birinci Avropa Oyunlarının həm Azərbaycan, həm də bütün Avropa üçün tarixi həmiyyətə malik olduğu bildirilir.

Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə də yer verilir: “Məşəl səyahəti ötən altı həftə ərzində Azərbaycan ictimaiyyətinin Avropa Oyunları barədə məlumatını artırıb. Bu axşam keçirilən şənliklərdə digər bölgələrin əhalisi kimi, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının da böyük maraqla iştirak etdiyini görmək möhtəşəm duyğular yaradır. Açılış mərasimi ərəfəsində paytaxt Bakıda məşəl səyahəti insanlarda maraq hissini gücləndirir. Əminəm ki, növbəti dörd gün ərzində Bakının bütün füsunkarlığını bu mərasimlərdə bir daha əyani görəcəyik”.

Xəbər 784 dəfə oxundu.