"Neftçi"nin müvəqqəti baş məşqçisi müəyyənləşdi
Arif Əsədovla yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib.
Komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib.

Məlumat üçün bildirək ki, Samir Əliyev bu mövsüm “Neftçi”nin əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb.

Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda “Neftçi”nin formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış hücumçu “Volın” və “Uralan” klublarında da çıxış edib.

Qeyd edək ki, Azərbaycan kubokunun finalında "Qarabağ"a 1:3 hesabı ilə uduzmasından sonra "Neftçi"nin Müşahidə Şurasının iclası keçirilib. Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi”nin baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.

Xəbər 791 dəfə oxundu.