Beynəlxalq hakimlərimiz imtahana yollanır
Beynəlxalq dərəcəli karate hakimlərimiz kateqoriyalarını artırmaq üçün Parisdə seminar və imtahanda iştirak edəcklər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Fransanın paytaxtına beynəlxalq hakimlərdən Yusif Məmmədov, Şahin Xudaverdiyev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva yola düşəcək.

5-7 iyun tarixlərində seminarla birgə onlar Avropa Karate Federasiyası Hakimlər komitəsinin imtahanlarında dərəcələrini yüksəltmək üçün biliklərini sınayacaqlar. Hakimlərimiz həmçinin Komandalararası Regional Avropa çempionatına qatılmaqla seminar və imtahanın praktiki hissəsini yerinə yetirmiş olacaqlar.

İctimaiyyətlə əlaqə və İnformasiya katibi Sənan Məhərrəmov

Xəbər 794 dəfə oxundu.