Karatenin Avropa Oyunlarının proqramına daxil edilməsi idmanın bu növünün sürətli inkişafına töhfə verəcək
“Bakı-2015” birinci Avropa Oyunlarında qadın karateçilərin mübarizəsində İrlandiyanı Karen Dolfin təmsil edəcək. Karatenin Avropa Oyunlarının proqramına daxil edilməsinin idmanın bu növünün sürətli inkişafına töhfə verəcəyini vurğulayan K.Dolfin deyib: “Bakı-2015” karatenin 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil edilməsi üçün mühüm şansdır”.

K.Dolfin Avropa Oyunlarında iştirak edən ilk irlandiyalı karateçi olacaq. O, indiyədək beş Avropa, iki dünya çempionatında iştirak edib.

Karateçi Oyunlara hazırlıqla bağlı deyib: “Hazırda “Bakı-2015”ə ciddi hazırlaşırıq. Vətənimi təmsil edəcəyimi eşidəndə çox sevindim və məşq planlarımı qurmağa başladım. Düşünürəm ki, tamaşaçıların güclü dəstəyi ilə daha çox uğur əldə edə biləcəyəm”.

Xəbər 805 dəfə oxundu.