Milanın baş məşqçi postuna əsas namizəd məlum oldu
Filippo İnzaginin mümkün istefası ilə əlaqədar Milan yeni baş məşqçi axtarışlarını davam etdirir.

Karlo Ançelottinin imtinasından sonra namizədlərin sayı 4-ə enib.
Onlar arasında favorit Sinişa Mixayloviçdir.Bundan başqa Vinçenso Montellanın da namizədliyi gözdən keçirilir. Bu mütəxəssis Fiorentina ilə həftə sonu karyerasını müəyyənləşdirəcək. Həmçinin namizədlər arasında Roberto Donadoni və Milanın gənclər komandasının çalışdırıcısı Kristian Brokki də var.

Xəbər 783 dəfə oxundu.